RU

TƏBİB: Tibb müəssisələrinin elektron qeydiyyat sistemindəki texniki nasazlıq aradan qaldırılıb -YENİLƏNİB

Bəzi tibb müəssisələrinin elektron qeydiyyat sistemindəki texniki nasazlıq aradan qaldırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

***

Bu gün səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub.

Bildirilib ki, problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.

Избранный
51
35
ikisahil.az

10Источники