Bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.
Məlumata görə, müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 313 kq 809,136 qr-n (82,9 %) marixuana təşkil edib. Onun da 4 ton 638 kq-ı 315,436 qr (87,2%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub.
675 kq 493,7 qr (12,7%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Cari ilin ötən dövründə 1439,6 hektar sahədən 2 milyon 864 min 953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта