“Kursk vilayətində hərbi əməliyyatlar nəticəsində dağıdılan yaşayış məntəqələri mütləq bərpa olunacaq”
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Dövlət başçısı söz verib ki, Ukrayna Silahlı Qüvvələri mütləq Kursk vilayəti ərazisindən çıxarılacaq, bundan sonra dəyən ziyanı qiymətləndirmək mümkün olacaq. Sonra bərpa başlayacaq.
“Bu məqsədlər üçün artıq 108 milyard rubl ayrılıb. Biz hər şeyi bərpa edəcəyik. Mənzilini bərpa etməyə ehtiyacı olan hər kəs bu mənada razı qalacaq, hər kəs haqqını alacaq”, – prezident əlavə edib.