RU

BMU-da “Psixologiya klubu”nun açılışı olub

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində yaradılan “Psixologiya klubu”nun açılışı olub.

Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.

Tədbirdə əvvəlcə klubun yaranma məqsədi və üzərinə düşən vəzifələr haqqında məlumat verilib. Bildirilib ki, klub tələbələri psixoloji mövzuda maarifləndirəcək,  psixologiyaya dair müxtəlif mövzuların müzakirəsini təşkil edəcək. Həmçinin, klub tərəfindən tələbələr üçün psixoloji mövzuda aparılmış elmi araşdırmalarla tanışlıq imkanı yaradılacaq, eləcə də şəxsi həyat və sosial mühitlə bağlı hər hansı problem olduqda tələbələrə psixoloji məsləhətlər veriləcək.

Sonra klubun ilk təliminə dəvət olunmuş qonaqlar psixoloji mövzuda çıxış ediblər.

Psixoloq Samirə Bağırova “Stresdən azad olmaq və müsbət psixologiyanı qazanmağın  yolları” mövzusunda danışaraq stresin insan sağlamlığına vurduğu zərərlərə toxunub. O, gərginliyi aradan qaldırmağın müxtəlif üsulları haqqında mövcud elmi-praktiki yanaşmaları diqqətə çatdırıb və gənclərə müsbət emosiyalara köklənməyin vacibliyi ilə bağlı bir sıra tövsiyələr verib.  

Daha sonra “PHİ Creative Agency”nin təsisçisi, psixoloq Fidan Namazova “Qorxu ilə mübarizə üsulları” mövzusunda çıxış edərək, qorxunun fəsadları haqqında məlumatları diqqətə çatdırıb. Psixoloq  insanın həyatına, qərarlarına, seçiminə mənfi təsir göstərən qorxu amili ilə mübarizə aparmağın sadə yollarını göstərib.

Tədbir sual-cavab sessiyası ilə davam edib.

Избранный
8
1
azedu.az

2Источники