RU

Kelloq Ukraynada müharibənin ilin sonuna qədər dayandırılmasının mümkünlüyünü açıqlayıb

ABŞ-in yeni seçilmiş prezidenti Donald Tramp bu ilin sonuna qədər Ukraynada müharibəni dayandırmağa cəhd edə bilər...

Poliqon xəbər verir ki, bunu Amerika liderinin hərbi münaqişənin həlli üzrə gələcək xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“İndi bunun üçün mükəmməl vaxtdır. Mən həqiqətən inanıram ki, seçkiqabağı kampaniyası zamanı bu vədi (müharibəyə son qoymaq) vermiş prezident Tramp onu yerinə yetirəcək və bu, reallaşacaq. Düşünürəm ki, bu, bu il baş verəcək. Onun bunu etmək üçün lazımi qabiliyyət və imkanları var”, Kelloq Fox deyib.

Onun sözlərinə görə, MoskvaKiyev sülh danışıqlarına hazırdır və Tramp danışıqların başlamasına kömək edə bilər.

Xatırladaq ki, bundan əvvəl Reuters mənbələri Kelloqun Respublikaçılar komandasının döyüşləri mümkün qədər tez bitirmək səyləri çərçivəsində Kiyevə səfər etməyi planlaşdırdığını bildirmişdi. Qeyd edilmişdir ki, Trampın xüsusi nümayəndəsi həmçinin Avropa paytaxtlarında, xüsusən də Roma və Parisdə liderlərlə görüşlərə hazırlaşır.

Eyni zamanda Kelloqun Avropaya səfəri zamanı Moskvaya da səfər edə biləcəyi söylənilir.

Poliqon.info

Избранный
21
50
poliqon.info

10Источники