“Rusiya, Çin, Şimali Koreya və İranın yaxınlaşması ABŞ-ı dünyadakı bütün silahlı münaqişələrdə birbaşa iştirakla hədələyir”.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken “Foreign Affairs” jurnalına müsahibəsində deyib.
Blinken yaxın 15 ildə bu dövlətlərin yaxınlaşmasının nəticələrindən danışıb. Bildirib ki, bu ölkələr məqsədlərinə çatsalar, onların yaradacağı təsir dairələrindən ABŞ və müttəfiqlərinin kənarda qalacağının şahidi olacağıq.
“Dünya getdikcə daha çox bölünəcək və hər cür “dəmir pərdələr” ortaya çıxacaq. Bu həm də dünya münaqişəsinin xəbərçisi olacaq. Birləşmiş Ştatların bu münaqişələrə qarışması qaçılmazdır”, - Blinken qeyd edib./publika.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта