RU

MİT Suriyada HƏRƏKƏTƏ KEÇDİ: Yayla Kızılkaya ÖLDÜRÜLDÜ - FOTO

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada antiterror əməliyyatı keçirib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Haberler.com” saytı məlumat yayıb.

Əməliyyat nəticəsində PKK/PAJK terror təşkilatının Cəzirə bölgəsi üzrə “rəhbəri”, “Nesrin Ahmed” kod adlı Yayla Kızılkaya Qamışlı bölgəsində zərərsizləşdirilib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, MİT 14 yaşında PKK-nın kənd kadrlarına qoşulan Yayla Kızılkayanı Türkiyə, İraq və Suriyadakı silahlı fəaliyyətlərinə görə hədəf siyahısına daxil edib.

Kızılkaya Suriyada PKK-nın qadın kadrlarının idarə olunması ilə məşğul olub. Həmçinin, o, suriyalı qadınlara yönəlmiş ideoloji fəaliyyətlərin ümumi koordinasiyasına da cavabdeh olub.

Musavat.com

Избранный
1
2
hurriyyet.az

3Источники