Sumqayıt şəhərində 1991-ci il təvəllüdlü Həsən yetkinlik yaşına çatmayan Faziləyə (adlar şərti göstərilib – red.) əxlaqsız hərəkətlər edib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 20 sentyabr 2022-ci ildə Ceyranbatan bağlar massivində baş verib.
Həsən həmin gün saat 11 radələrində 2015-ci il təvəllüdlü Fazilənin köməksiz vəziyyətindən istifadə edərək, yəni azyaşlı olduğundan müqavimət göstərə bilməyəcəyini anlayaraq cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə onu intim hərəkətlərə məcbur edib.
İstintaq orqanı tərəfindən Həsənin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Həsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, evlidir, bir qızı var: “Mən fəhlə işləmişəm, uşağın atası Bəhlulu çoxdan tanıyıram. Neçə illər onun xalası uşaqları ilə işləmişəm. Uşağım xəstə olub, onların evinə aparmışam, Bəhlulun anası dua yazıb. Uşağı həmin gün mağazada siqaret alanda gördüm. Onu ittihamda deyilən yerdə görməmişəm.
Özüm Sumqayıtda “Kimyaçılar” tərəfdə qalıram. Mən o ərazidə fəhlə işləmişəm, uşaq əlində qələm, karandaş olan paketlə mağazadan çıxıb. Mən də o mağazadan çıxaraq 9 nömrəli avtobusa minib Sumqayıta gəlmişəm. Uşağa qarşı elə hərəkət etməmişəm”.
Təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi məhkəmədə açıqlanıb. Həmin ifadədən məlum olur ki, Həsən ona elan olunmuş ittiham üzrə özünü təsirli bilib. İfadəsində göstərib ki, təxminən 11 ildir Bakı və Sumqayıt şəhəri ərazisində müxtəlif tikinti obyektlərində fəhlə işləməklə dolanışığını təmin edir:
“Sonradan adını bildiyim Bəhlulu və onun azyaşlı qızı Faziləni əvvəllər tanımamışam. Onlarla heç bir münasibətim olmayıb. Təxminən 2022-ci ilin iyul ayından etibarən Ceyranbatan bağlar massivində yerləşən evlərin birində fəhlə işləmişəm. Hər gün təxminən səhər saat 8 radələrində işə getmişəm, axşamüstü isə işdən çıxıb kirayə yaşadığım evə gəlmişəm”.
Həsənin sözlərinə görə, 20 sentyabr 2022-ci ildə təxminən saat 8 radələrində həmişəki kimi Ceyranbatan bağlar massivində yerləşən evdə işləməyə gedib: “İş yerinə çatanda birlikdə işlədiyim Elmarla rastlaşdım. O mənə ailəsində problem olduğunu, bu gün işləməyəcəyini dedi. Mən də daha işə getməyib geri qayıtdım.
Bir qədər ətrafda gəzişdikdən sonra “4 Qardaş” restoranının yaxınlığındakı marketdən özümə siqaret aldım, sonra kirayə yaşadığım evə qayıtmaq qərarına gəldim. Təxminən saat 11 radələrində ara küçələrin birinə keçərək təbii ehtiyacımı ödəməyə başladım. Şalvarımın qabağını açaraq işimi görən zaman yanımdan təxminən 6-7 yaşlarında Fazilənin keçdiyini gördüm. Ehtirasım oyandığından Fazilənin əlindən tutaraq onun əlini öz intim yerimə toxundurmaq qərarına gəldim. Ona “ay qız, əlini mənə ver” deyib, əlindən tutdum.
Faziləni əli ilə intim yerimdən tutmağa məcbur etdim. O isə əlimi kənara çəkməyə çalışdı”.