İlkin Qırtımov məşqlərə başlayıb.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Kəpəz"in rəsmi saytı yayıb.
İnformasiyada deyilir:
"Bərpaedici xarakter daşıyan çalışmalar həkimlərin tövsiyyələri əsasında məşqçilərin nəzarəti altında aparılır. Təcrübəli müdafiəçi zal şəraitində yüngül hərəkətlərlə fitnes məşqləri keçir, meydanda müxtəlif məsafələrə qaçışla fiziki hazırlığını artırmağa çalışır".
Qeyd edək ki, Qırtımov noyabr ayında əməliyyat olunmuşdu.