Hökumətin uğursuzluğunu ört-basdır etmək uğursuz dövlətin göstəricilərindəndir.
AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfiri Ann Buayona cavabında deyib.
O qeyd edib ki, Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi görünür, yeni üsuldur:
"Amma bir daha bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir. Xanım səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı Səfirliyi yalnız Fransaya səfər üçün viza vermir".
A.Hacızadə vurğulayıb ki, real göstərici isə əslində, budur: