RU

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı açıqlandı

Image

Bələdiyyə seçkiləri ilə əlaqədar 6872 nəfərin namizədliyi irəli sürülüb. Bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov söyləyib.

O bildirib ki, namizədliyi irəli sürülən təqribən 3800 nəfər imza vərəqəsi alıb və artıq onlardan 1053-ü imza vərəqələrini dairə seçki komissiyalarına geri qaytarıb. 350-yə yaxın nəfərin isə namizədliyi qeyd alınıb.

Rövzət Qasımov əlavə edib ki, bələdiyyə seçkiləri ilə bağlı müraciət edən iddiaçılardan təqribən 3500-ə yaxını 21-35 yaş aralığındadır. Onlar passiv seçki hüququna malik vətəndaşlarımızı əhatə edir. Bu da o deməkdir ki, gənclərin seçkiyə marağı kifayət qədər yüksəkdir.

ZÜMRÜD





Избранный
3
5
baki-xeber.com

6Источники