RU

Putindən Suriya açıqlaması: Məqsədimizə nail olduq!

Rusiya Suriyada ümumilikdə öz məqsədlərinə nail olub.

Axar.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

"Biz Suriyada məqsədimizə çatdıq, İslam xilafətinin yaradılmasına imkan vermədik", - Rusiya Prezidenti vurğulayıb.

Putin Suriyada hakimiyyətə gələnlərin terrorçular olmadığını qeyd edib.

Rusiya Prezidenti eyni zamanda, Suriyada vəziyyətə nəzarət edən bütün silahlı birləşmələrlə təmasda olduqlarını açıqlayıb.

O, Suriyada sülhüm bərqərar olacağına ümid etdiyini bildirib.

Putin əlavə edib ki, Rusiya 4 min iranlı hərbçini Xmeymim bazasından Tehrana aparıb.

O, Hələbdə 350 yaraqlının ələ keçirildiyini, 30 min hökumət əsgəri və iranyönümlü birləşmənin döyüşsüz geri çəkildiyini bildirib.

Избранный
3
4
axar.az

5Источники