Bakıda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü qəza şəraiti yaradıb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 11-də, paytaxtın Neftçilər prospektində baş verib.
Belə ki, 99-ZZ-366 qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü dairəvi hərəkət təşkil edilmiş yolayrıcının tələbini pozaraq görüntünü qeydə alan avtomobilin qarşısına çıxıb. Qəzanın baş verəcəyini görən sürücü sürəti azaldaraq qaydaları pozan avtomobilin keçib getməsinə şərait yaradıb.
Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.
Fərid