Xəbər verdiyimiz kimi, plastik əməliyyat etdirən bloqer 2001-ci il təvəllüdlü Nərmin Bəylər qızı İsgəndərova dünyasını dəyişib. Missiya.Az xəbər verir ki, bir neçə müddətdir ki, saxta estetik cərrahları tənqid edən ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova bu məsələ ilə bağlı da paylaşım edib."Bakıda daha gənc bir qız saxta plastik cərrahın qurbanı oldu. Bu dəfə 23 yaşlı Nərmin İsgəndərova həyatını itirdi. Hadisə “cəhənnəm yuvası” kimi tanınan Mərcan Klinikasında baş verib. Nərminin anasının dediyinə görə, qızına qarın gərmə və bədən şəkilləndirmə əməliyyatını Nurlan Həsənli edib. Əməliyyatdan bir müddət sonra xəstənin yarasından çirkli su axmağa başlayıb. Nərmin bu barədə həkiminə məlumat versə də, təəssüf ki, bir çox saxta plastik cərrahlar kimi, Nurlan Həsənli də xəstəsinə laqeyd yanaşıb. Ailəsinin sözlərinə görə, gənc qız irin axan yarasına öz imkanları ilə dərman tapmağa çalışıb. Lakin yolda halı pisləşib və oradaca dünyasını dəyişib. Nərminin anası Şahnaz Mehdiyeva hadisənin təfərrüatlarını açıqlayıb. Nurlan Həsənlinin Azərbaycan Tibb Universitetinin məzunu olmadığı, Rusiyada təhsil aldığını iddia etdiyi bildirilir. Lakin onun diplomunun Azərbaycan Təhsil Nazirliyi tərəfindən nostrifikasiya olunub-olunmaması barədə heç bir məlumat yoxdur. Comment yazanlar, diqqətli olun. Əməliyyat etmək hər kəsin haqqı və seçimidir. Siz, əməliyyata haqqı olmayan həkimi sorğulayın. Mərhum haqqında pis rəy yazanlar bloklanacaq", - o qeyd edib.
Jurnalist paylaşımında bloqerin anasının səs yazısını da yayıb.
Zərintac MayisqızıMissiya.Az