Azərbaycan əsilli keçmiş idmançı Ramil Quliyev Türkiyənin atletika üzrə gənclərdən ibarət millisinin baş məşqçisi təyin olunub.
Moderator.az xəbər verir ki, bu barədə AZƏRTAC-a 34 yaşlı keçmiş atletin özü deyib. .
R.Quliyev Türkiyə Atletika Federasiyasının bu vəzifəni ona həvalə etdiyini bildirib. Lakin müqavilənin detalları hələlik bəlli deyil.
Titullu idmançı ötən ay peşəkar karyerasını başa vurub.
Qeyd edək ki, Ramil Quliyev Türkiyə millisinin heyətində dünya və Avropa çempionu olub.