RU

Nərmini o həkim əməliyyat etməyibmiş - Baş həkimdən sensassion AÇIQLAMA

Bakıda daha bir gənc qızın plastik əməliyyatdan sonra öldüyü haqda məlumat vermişdik.

Redaktor.az oxu24.com-a istinadla xəbər verir ki, hadisə Mərcan klinikasında baş verib.

Belə ki, 23 yaşlı  İsgəndərova Nərmin Bəylər qızı 20.11.2024-cü il tarixdə  qarın gərmə və bədən şəkilləndirmə əməliyyatı etdirib.

Əməliyyatı edən həkim isə plastik cərrah Oruc Məmmədov olub. Nərmin İsgəndorova dünən gecə saatlarında restoranların birindən  çıxan  zaman  qəfildən  vəfat  edib.

Araz Ağayev 

Mərcan klinikasının baş həkimi Araz Ağayev bildirib ki, yerli mediada yayılan xəbərlərdə xəstənin Nurlan Həsənli tərəfindən əməliyyat olunması yazılasa da, bu doğru informasiya deyil.

“Xəstəni plastik cərrah Oruc Məmmədov əməliyyat edib.Onun bu sahədə təhsili var.Nurlan Həsənli Rusiyada təhsil alıb.Azərbaycanda sənədləri təsdiq olunmadığından klinikamızda həkim assisenti kimi fəaliyyət göstərir.Onun bu işdə rolu xəstə cəlb edib,xəstənin müayinələrini etmək və əməliyyatdan sonrakı halı ilə maraqlanıb əməliyyat edən həkimə məlumat verməkdən ibarətdir”,-deyə baş həkim bildirib.

Hər iki həkimin isə Xətai Rayon Prokurorluğuna dəvət olunduğu və ilkin izahatlarının alındığı bildirilir. 

Избранный
9
3
redaktor.az

4Источники