“Səbail” klubunun əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir milli assosiasiyanın Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə “ASCO Arena”nın inzibati binasında baş tutub.
Seminarda komanda üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.