RU

İnsan amilinə yanaşma

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı cəmiyyətin ən sosial yüklü bir təşkilatı olub,  on minlərlə pedaqoji işçinin qayğısına qalmağı özünün hədəfi bilir. Cəmiyyətdə baş verən dəyişikliklər ATİAHİ RK-dən yan keçməyib. 
Həmkarlar İttifaqında baş verən dəyişiliklərdən dörd aydan da az vaxt keçib, lakin bu ictimai təşkilatın ruhunda baş verən nizam-intizamla bağlı ciddi dəyişikliklər xeyirxahlığa, qarşılıqlı anlaşmaya doğru hesablanmış perspektivlər cəmiyyət tərəfindən müsbət notlarla qeyd olunmaqdadır. 
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) ilk olaraq uçot və nəzarət bölməsinin işini fəallaşdırmış, onu müasir informasiya texnologiyaları platformasında yerləşdirmiş, bununla əlaqədar ilk həmkarlar təşkilatlarında davamlı olaraq maarifləndirmə işləri aparmış və hal-hazırda da bu işi davam etdirməkdədir. Həmkarlar təşkilatlarında rəqəmsal davranış tərzi təşkilatlararası mobilliyin artmasına, cavabdehliyin vacibliyi, məsuliyyətin effektivliyinin artmasına və maliyyə-uçot məsələlərində münasibətlərin şəffaflığını təmin etməyə hesablanmışdır. İdarəçiliyin formal əlamətlərinin texniki cəhətdən tənzimlənməsi, demokratik mərkəziyyət prinsipinin əlamətlərindən biridir və bu özünü həmkarlar təşkilatları arasında qarşılıqlı münasibətlərdə göstərir. Həmkarlar təşkilatları arasında informasiyanın texniki təminatının yüksəlməsi idarəçiliyin sadələşdirilməsində münasibətlərin səmimiliyinin effektivliyinin artmasına səbəb olmuşdur. 
ATİAHİ RK yeni rəhbərliyi, başda Araz Paşayev olmaqla həmkarlar təşkilatına xas olan köməkçi-yardımçı davranışı daha geniş, hər bir həmkarın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş məqsədyönlü hərəkətlər sistemi ilə əvəz etmiş, həmkarlar təşkilatının üzvünün sosial gündəliyində təşkilata uyğun olaraq etibar amili formalaşdırmışdır. Tələbə gənclərlə iş, onların vətəndaşlıq və vətənpərvərlik hisslərinin formalaşdırılmasında təşkil edilmiş tədbirlər sistemli və davamlı xarakter daşıyır. 
ATİAHİ yaranandan bu günə qədər həmişə maarifçiliklə məşğul olmuşdur və bu prioritet indi daha dinamik və emosional xarakter daşıyır. İndiki halda keçirilən tədbirlərin məzmunu tələbənin sosiallaşmasının həyata keçirilməsində praktik əhəmiyyət daşıyır. 
Cəmiyyətin hər bir üzvünün sosial həyatı çox zəngin və cəlbedicidir. Sosial mühitin iştirakçısı olan insanın təəssüratlarını bölüşmək, onu hiss və həyacanları ilə yaşamağı, əmək və peşə hüquqlarının qayğısına qalmağa və onun müdafiəsində durmağa ATİAHİ RK rəhbərliyi öz qarşısına məqsəd kimi qoymuşdur. 
ATİAHİ RK üzvlüyündə duran pedaqoji işçilərin sağlamlığının qayğısına qalmaqla yanaşı,  komitənin sədri Araz Paşayev neqativ halların da aradan qaldırılmasına nail olmuşdur. İstirahətə, sağlamlığının bərpasına ehtiyacı olan ittifaq üzvləri birbaşa Respublika Kurort idarəsi ilə əlaqəni ATİAHİ RK vasitəsi ilə quraraq öz məqsədinə nail ola bilir. Dekabr 2024, yanvar 2025-ci illər ərzində həmkarlar təşkilatının üzvləri Bilgəh kardioloji, Abşeron mədə-bağırsaq, Qaranquş Uroloji, Günəşli nevroloji, Şıx sanatoriyası, Buzovna Fizioterapiya Mərkəzindən istifadə edərək öz istirahət və sağlamlığın bərpasında əlavə güzəştlərlə öz qayğılarına həmkarlar təşkilatlarının köməyi ilə qala bilərlər. Bu ümumilikdə hər yollayışda iyirmi faiz güzəşt deməkdir və güzəştə ATİAHİ RK vasitəçiliyi ilə nail olunmuşdur. Bu ən azı minlərlə pedaqoji işçinin sağlamlığı və istirahəti deməkdir. Bu ATİAHİ RK indiyə qədər əldə etmədiyi bir nailiyyətdir. 
ATİAHİ RK cəmiyyətin sağlamlığının qeydinə qalmaqla, Azərbaycan dövlətinin sosial sahədə siyasətini əməli davranışları ilə həyata keçirir. ATİAHİ RK əməli addımlarını hər bir pedaqoji əməkdaşın ailəsi hiss edir və qayğının sosial inikası müsbət reaksiyalarla müşayiət olunur. 
ATİAHİ RK-nın növbəti uğuru  Elm və Təhsil Nazirliyinin tabeliyində olan işçilərin, Milli Elmlər Akademiyasının əməkdaşlarının “Təhsil” istirahət mərkəzində qısa müddətli pulsuz istirahətinin təşkilidir. Təhsil işçilərinə son ayda və 2025-ci ilin yanvar, fevral aylarında belə qayğı ilə əhatə olunacağı əlçatandır. ATİAHİ RK tərəfindən atılmış bu addım Komitə üzvlərinin təşkilata inam və etibarının artmasına səbəb olmuşdur. 
ATİAHİ RK bütövlükdə respublikanı əhatə edən qazi və şəhid ailələrinə göstərdikləri qayğının təsiri isə ölçüyə gəlməzdir. Bu sahədə görülən işlər ATİAHİ RK sosial münasibətlərlə kömək, yardım kimi elementlərdən çox, bu humanitar dəyərlərin daşıyıcısının Həmkarlar təşkilatı olmasını formalaşdırmaqdır. Zəfər və onun nəticələrindən irəli gələn həmkarlar xarakterli vəzifələrin öhdəsindən gəlmək cəmiyyətə xeyirxah, sabit, müsbət emosiyaları ötürməklə ATİAHİ RK hər bir pedaqoji işçinin yanında olmaqdan qürur duyur. Təqaüddə olan yaşlı pedaqoji işçilərə qayğının çox böyük  əks-sədası olmuşdur. Təqaüddə olan müəllim hiss edir ki, o unudulmayıb. 
Həmkarlar təşkilatı adətən maddi yardım, kömək kimi davranışlarla öz işini bitmiş hesab edirdi. İndi vəziyyət dəyişib. ATİAHİ RK öz üzvlərinin sosial cəhətdən qayğısını gücləndirərək, onun həm sağlamlığının qayğısına qalmağı, həm də onu çətin vəziyyətdən çıxartmağın hüquqi imkanlarını genişləndirməyi öhdəsinə götürmüşdür. 
Sosial cəhətdən müəyyən çətinliklərlə üzləşən pedaqoji işçiyə maddi yardım və kömək həmişə olmuşdur, amma indi ATİAHİ RK öz üzvünə qarşı həsasslıq göstərərək onu düşdüyü çətinliklərdən çıxartmağa da ciddi cəhdlər edir. Bu humanist münasibətlərdən doğan dəyərin göstəricisidir. Söhbət sosial davranışların insanyönümlü humanist dəyərlərə istiqamətlənmiş bütöv bir yanaşma ilə əvəz edilməsi cəhdinin formalaşmasından gedir. 
Təşkilatımıza bu yolda uğurlar arzulayıram. 
 
 
Misgər MƏMMƏDOV
 
Əməkdar mədəniyyət işçisi, 
Azərbaycan Dillər Universiteti HİK-nın sədri
 
Избранный
8
moderator.az

1Источники