RU

Kloze ilə Mahir arasında narazılıq: Nə baş verib?

Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Köln"ə uduzduqları II Bundesliqanın oyununda erkən əvəzlənməsinə etiraz edib.

Publika.az "nn.de" saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu sözügedən qarşılaşmanın ilk hissəsindən sonra meydana çıxmadığı üçün baş məşqçi Miroslav Klozeyə narazılığını bildirib. Nəşr Emrelinin bunun üçün "Instagram" hesabında post da paylaşdığını və daha sonra sildiyini yazıb.

Kloze isə məsələ ilə bağlı bunları deyib: “Mən heç kəsə kin saxlamıram. Onunla danışdıq və hər şeyi başa düşdü. Futbolçuların istəklərini və ya narazılıqlarını dilə gətirməsi mənim üçün vacibdir. Onlar da məni başa düşməlidir”.

Qeyd edək ki, görüş "Nürnberq"in məğlubiyyəti ilə bitib - 1:3. Mahir ilk hissənin sonunda Florian Fliklə əvəzlənib, həmin vaxt komanda 0:3 hesabı ilə geridə olub.

Избранный
12
publika.az

1Источники