RU

Kloze Mahir haqqında danışdı: “Saat yarım davam edən gərgin söhbətimiz oldu”

Almaniya II Bundesliqası təmsilçisi “Nürnberq”in heyətində çıxış edən Mahir Emreli, “Köln” – “Nürnberq” (3:1) oyununda baş məşqçisi Miroslav Klozeylə gərginlik yaşayıb.

Futbolpress.az xəbər verir ki, buna səbəb Azərbaycan millisinin hücumçusunun görüşdə erkən əvəzlənməsi olub. İkinci hissənin başlanğıcında əvəzlənən Mahir hiddətini gizlətməyib. Lakin Kloze futbolçunun bu hərəkətini təmkinlə qarşılayıb.

Almaniya millisinin əfsanəvi futbolçusu olmuş 46 yaşlı mütəxəssis oyundan sonra Mahirlə arasında olan gərginliyə münasibət bildirib:

“Bizim şəxsi video analizlə bağlı saat yarım davam edən çox gərgin və gözəl söhbətimiz oldu. Təbii ki, o, əsəbiləşdi. Söhbət zamanı ona dedim ki, ilk növbədə özünə ədalətli və yaxşı qiymət vermək vacibdir. Onunla razıyam. Bu, ictimaiyyət üçün bir şey deyil. Bir oyunçu kimi ona bu lazım deyil. O, kifayət qədər təcrübəli və peşəkardır. Mən də bilirəm ki, o, bizim üçün örnək rolunu oynayır”.

Qeyd edək ki, 16 turdan sonra aktivində 19 xalı olan “Nürnberq” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Избранный
7
futbolpress.az

1Источники