Bakı. Trend:
19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərindəİnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi ƏməkdaşlıqTəşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikasıyekdilliklə D-8 təşkilatının üzvü seçilib.
Trend xəbərverir ki, bu barədə Xarici İşlər Nazirliyinin məlumatındadeyilir.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevinqətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-əüzvlüyümüz təşkilat yarandığı gündən ilk genişlənmə kimiəlamətdardır. Ölkəmiz ilk dəfə cənab Prezident İlham Əliyevinxüsusi qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbuldakeçirilmiş IX Zirvə görüşündə təmsil olunub. Qahirə şəhərindəkeçirilən XI Sammitdə ölkəmizi Azərbaycan Respublikasının Başnaziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.Üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının60%-ni təşkil edən və böyük iqtisadi potensiala malik “İslamSəkkizliyi” adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalqaləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariznümunəsidir", - deyə XİN-dən bildirilir.
Qeyd edilib ki, ədaləti və beynəlxalq hüququn norma vəprinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmizD-8-in təməl prinsiplərinin qorunmasına, təşkilat çərçivəsindəəməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq.
"Bu çərçivədə həmçinin geniş regionumuzda təhlükəsizliyin,sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığınformalaşması, eləcə də iqtisadi və ticarət, nəqliyyat,kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrininkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Tarix boyu Şərq iləQərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni,dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8üzvlüyü eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslamdəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizəsahəsində böyük töhfə olacaq. D-8 İqtisadi Əməkdaşlıq Təşkilatısəkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənintəşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş,İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanınəməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransındaatılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət vəhökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub.Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir", - deyə XİN-dənqeyd edilib.