RU

Bu şirkət dövlət fonduna 139 milyon manatlıq mənzillər satdı - DETALLAR

İpoteka və Kredit Zəmanət Fondu “Satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması-2” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC olub.

Qalib şirkətə 138 800 096 manat ödəniləcək.

Qeyd edək ki, tender çərçivəsində maksimal sayı 520 ədəd olmaqla, 1, 2, 3 və/ və ya 4 otaqlı mənzillər satın alınıb.

Xatırladaq ki, sözügedən tenderin ehtimal olunan dəyəri 150 milyon  manat idi, qalib şirkət isə təqribi 18 milyon daha ucuz məbləğ əldə edə bilib.

Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 300 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xaliq Göyüşov Avdil oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev.1 ünvanında yerləşir.

Избранный
7
fed.az

1Источники