RU

FED-in qərarı dollara necə təsir edəcək? –AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

ABŞ Mərkəzi Bankası (FED), 18 dekabr 2024-cü il tarixində keçirilən son iclasında uçot dərəcəsini 25 baza bəndi azaldaraq 4,25-4,50% aralığına endirdi.

Banco.az xəbər verir ki, bu qərar, FED-in 2024-cü ildə həyata keçirdiyi üçüncü faiz endirimi oldu. FED sədri Jerome Powell, inflyasiyanın hədəfə doğru irəlilədiyini, lakin hələ də bir qədər yüksək qaldığını qeyd edərək, 2025-ci ildə daha az faiz endirimi ediləcəyini vurğuladı.

FED-in bu qərarı, qlobal bazarlarda dolların dəyərinin artmasına səbəb olub.

Bu barədə açıqlama verən iqtisadçı Elman Sadıqov bildirib ki, faizlərin proqnozlaşdırılan həddə endirməsinə baxmayaraq dolların kəskin dəyər qazanmasına əsas səbəb odur ki, FED 2025-ci il üçün inflyasiya gözləntiləri üzrə proqnozlarını (median 2.1%-dən 2.5%-ə qədər) artırdı.

“Bu isə FED-in 2025-ci ildə faiz endirimlərinin sayı ilə bağlı gözləntiləri azaltdı. 2025-ci ildə 4 faiz endirimi 2 dəfəyə endirildi. 2025-ci ildə dolların orta faiz dərəcəsinin 3.9% (öncəki proqnoz 3.4% idi) olacağı qeyd olundu (bu günki endirimdən sonra hazırda 4.25%-4.5%-dir). Trumpın tarif müharibələri ilə bağlı dedikləri inflyasiya gözləntilərini artırır. Nəticədə daha az faiz endirimi, daha güclü dollar deməkdir. Avro, qızıl və digər valyuta və əmtəələrdə ciddi enişlər var. Hələlik neft istisnadır. Neftin qiymət enişinin qarşısını alıb dəyər qazanmasına səbəb olan xəbər Qazaxıstanın OPEC+ istehsal kəsintiləri üzrə üzərlərinə düşən kvotalara riayət edəcəkləri ilə bağlı bəyanatlarıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
4
banco.az

1Источники