RU

Bakıda gənc qızın qarnından 5 kiloluq şiş çıxdı

Bakıda tibbdə nadir görünən əməliyyatlardan biri yerinə yetirilib.

Publika.az xəbər verir ki, sözügedən əməliyyat Xətai Tibb Mərkəzində baş tutub. 27 yaşlı qadının uşaqlıq borusundan nəhəng şiş - sistadenoma çıxarılıb.

Əməliyyat barədə məlumat verən cərrah Mehriban Hacızadəbildirib ki, xaric edilən şişin çəkisi 5 kiloqram olub.

"Adətən, uşaqlıq borusunda əmələ gələn şişlər böyüdükcə borunun bütövlüyünü pozur. Bu, əksər hallarda uşaqlıq borusunun partlamasına səbəb olur və xüsusilə hamiləliyin üçüncü-dördüncü həftələrində bu təhlükə daha yüksəkdir. Lakin bu xəstədə belə bir hal baş verməyib. İlk müayinələr zamanı şişin yumurtalıqlarda olduğunu düşünürdük. Əməliyyat zamanı məlum oldu ki, şiş sağ uşaqlıq borusunda yerləşir.

Избранный
2
14
publika.az

10Источники