RU

Putindən yeni raketin hansı səbəbdən "Oreşnik" adlandırildığı sualına maraqlı cavab

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Prezidenti Vladimir Putin "Oreşnik" haqqında mühakimə yürüdən Qərb ekspertlərinə "texnoloji eksperiment" keçirməyi təklif edib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə o, ilin yekunlarına həsr olunmuş konfransda danışıb.
Prezidentin təklifinin mahiyyəti ondan ibarətdir ki, Qərb Kiyevdə hədəf seçsin, orada bütün hava hücumundan müdafiə (HHM) qüvvələrini cəmləşdirsin, Rusiya isə "Oreşnik"lə zərbə endirsin.
Putin vurğulayıb ki, bu, Rusiya silahı ilə Qərb HHM sistemləri arasında "yüksək texnoloji duel" olardı. O, Qərb ekspertlərinə bu silahın imkanlarına şübhə edirlərsə, praktiki eksperiment keçirməyi təklif edib.
Yeri gəlmişkən Putin "Oreşnik"in niyə belə adlandırıldığı sualını da cavablandırıb:
"Düzünü desəm, bilmirəm", - deyə prezident gülərək bildirib.
Qeyd edək ki, "Oreşnik"in adının mahiyyəti hələ də açıqlamayıb. Rusiyalı ekspertlər bunun nə məna verə biləcəyi barədə müxtəlif versiyalar irəli sürürlər. Bəziləri İncildəki ayələrə işarə edir, burada fındıq ağacı - İlahi müdrikliyi və düzgün yola yönəltməni simvolizə edir. Digərləri isə qədim Rusiyada fındıq ağacından günahkarları cəzalandırmaq üçün çubuqlar düzəldildiyini xatırladırlar. Bu məsələdə simvolik oxşarlıq da diqqətə çatdırılır: raketin döyüş hissəsi azı altı döyüş bloku daşıya bilər və onlar bir-birinin ardınca yerə tökülür. Fındıq budağının üstündəki çiçəklər də dəstə-dəstə açır, onlardan salxım şəklində meyvələr - fındıqlar əmələ gəlir.
Избранный
10
oxu.az

1Источники