RU

Ərdoğan: Qardaş Azərbaycan, D-8 ailəsinə xoş gəlmisiniz

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın D-8 təşkilatına üzv olmasını alqışlayır.

“Haber7”nin verdiyi məlumata görə, o, bu barədə təşkilatın sammiti üçün Qahirəyə uçmazdan əvvəl bildirib.

“Son illər təşkilatımıza üzv olmaqla mühüm irəliləyişlərə imza atan Azərbaycanın sayəsində biz dünənkindən daha güclü olduq. Mən qardaş Azərbaycana deyirəm: “D-8 ailəsinə xoş gəlmisiniz”, - deyə Türkiyə lideri bildirib.

İslam Səkkizliyi və ya D-8 Banqladeş, Misir, Nigeriya, İndoneziya, İran, Malayziya, Pakistan və Türkiyə arasında əməkdaşlığı inkişaf etdirmək üçün beynəlxalq təşkilatdır.

Sammitdə Azərbaycanı Baş Nazir Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Almaz Həsənli

Избранный
7
oxumeni.az

1Источники