RU

Ölkədə ən çox maaş alan şəxslərin yeni siyahısı məlum oldu

2024-cü il dekabrın 1-nə olan ilkin məlumatlara görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5310,2 min nəfərə çatıb. Onlardan 5027,6 min nəfəri məşğul əhali sırasına daxildir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin noyabr ayına dair məlumatlar göstərir ki, ölkədə muzdla çalışan işçilərin sayı 1773,3 min nəfər olub.

Onlardan 881,7 min nəfəri dövlət sektorunda, 891,6 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1741,7 min nəfər işlə təmin olunub.

Muzdla çalışan işçilərin 22,8 faizi məhsul istehsalı sahələrində fəaliyyət göstərir. Bu sahənin daxilində 7,5 faiz emal sənayesində, 6,8 faiz tikintidə, 3,2 faiz kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faiz su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faiz mədənçıxarma sənayesində, 1,6 faiz isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində çalışır.

Xidmət sahələrində çalışan işçilər arasında ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə çalışanlar üstünlük təşkil edir - 18,6 faiz. Bundan sonra təhsil (18,4 faiz), əhaliyə səhiyyə və sosial xidmətlər göstərilməsi (8,5 faiz), dövlət idarəetməsi və müdafiə; sosial təminat (6,4 faiz), inzibati və yardımçı xidmətlər (4,6 faiz), nəqliyyat və anbar təsərrüfatı (4,3 faiz), peşə, elmi və texniki fəaliyyət (3,8 faiz), turistlərin yerləşdirilməsi və ictimai iaşə (3,3 faiz), istirahət, əyləncə və incəsənət (3,0 faiz), maliyyə və sığorta fəaliyyəti (2,2 faiz), informasiya və rabitə (1,9 faiz), daşınmaz əmlakla əlaqədar əməliyyatlar (1,1 faiz) və digər xidmət sahələri (1,1 faiz) yer alır.

2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 993,2 manata yüksəlib. Bu dövrdə əməkhaqqı neft-qaz sektorunda 3706,2 manat, qeyri neft-qaz sektorunda isə 943,3 manat təşkil edib. Dövlət müəssisələrində çalışanların orta aylıq əməkhaqqı 953,3 manat olduğu halda, özəl müəssisələrdə bu göstərici 1034,5 manata bərabər olub.

© Sfera.az

Избранный
3
1
valyuta.az

2Источники