RU

Silah axını kəsilir: İrəvana müdaxilə ssenarisi – Ermənistan təkləndi

Gürcüstanda “Gürcü arzusu” Partiyasının qələbəsindən sonra Ermənistanda “Rusiya müdaxiləsi” qorxusu artıb.

Avropa İttifaqına yaxınlığı ilə seçilən “Euractiv” nəşrinin yazdıqları bu kontekstdə diqqət çəkir.

Nəşrin Avropadakı mənbələrdən əldə etdiyi məlumatlara görə, Ermənistan hökuməti Rusiyanın ölkədəki seçkilərə müdaxilə etməsindən qorxur.

“Rusiyanın Gürcüstandan Moldovaya qədər geniş coğrafiyada seçkilərə müdaxilə ehtimalları fonunda bu ölkələrin Avropa ilə əlaqələri zəifləyir, buna paralel olaraq, Ermənistanın da Avropa İttifaqına inteqrasiya addımları tədricən azalır. Bununla yanaşı, Ermənistan və Rusiya arasında ticarət də zəifləməkdədir. Ermənistan üçün əsas problemlərdən biri də Avropa və bütövlükdə Qərblə ticarət əlaqələrinin Gürcüstandan asılı olmasıdır. İrəvanda düşünürlər ki, Gürcüstan Rusiyanın təzyiqi ilə bu ticarət yolunu bağlaya bilər”, – nəşr yazır.

Nəşrin əldə etdiyi məlumatda qeyd olunur ki, Ermənstanda silah axınının qarşısının alınacağı qorxuları da var: “Qərbdən Ermənistana göndərilən silahlarda əsas tranzit Gürcüstandır. Rusiyanın gec-tez Gürcüstana təzyiq edərək, bu tranziti də bağlayacağı gözləniləndir. Ermənistan üçün silahların alınmasında alternativ İrandır. Hindistandan gələn silahlar İran üzərindən ölkəyə daxil olur. Lakin bu tranzit də təhlükəsiz deyil. Rəsmi İrəvanda “Qərbdən uzaqlaşırıq və yalnız qalırıq” qorxusunun başlandığı haqda məlumatlar var”.

Избранный
4
1
moderator.az

2Источники