300 milyon dollardan çox investisiya ilə “SandboxAQ”ın dəyəri 5,6 milyard dollara çatıb.
Valyuta.az xarici mediaya istinadən xəbər verir ki, “SandboxAQ” tərəfindən verilən məlumata görə, şirkət əldə etdiyi sərmayəni LQM (Böyük Kəmiyyət Modelləri) və dərmanların kəşfi, materialşünaslıq, kimya, kibertəhlükəsizlik, naviqasiya və tibbi cihazlarda istifadə oluna bilən süni intellekt proqramlarının hazırlanması üçün istifadə edəcək.
Xatırladaq ki, “SandboxAQ” 2022-ci ilin mart ayında 500 milyon dollarlıq böyük bir investisiya alıb. 300 milyon dollarlıq yeni investisiya ilə “SandboxAQ”ın bu günə qədər aldığı cəmi investisiya 825 milyon dolları keçib.
Əvəz Həsənov