İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) “E-Şikayət” sisteminə daxil olan müraciətlərin sayı və onun icra müddətini özündə əks etdirən abunəçilərin internet xidmətlərindən istifadəsi üzrə şikayət indeksi və şikayətlərin ortalama cavablandırılma müddəti dərc edilib.
Bakupost.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu barədə İKTA-dan bildirilib.
Təqdim edilən şikayət indeksi və şikayətlərin ortalama cavablandırılma müddəti 2024-cü ilin iyul-sentyabr ayları üzrə olmaqla, bazar payının 90%-ni təşkil edən şirkətlərə daxil olmuş müraciətlər əsasında formalaşıb.
17 şirkət üzrə dərc edilən siyahıda şikayət indeksi ən yüksək olan provayderlər "Enginet" MMC (6.78), "Selnet" MMC ( 3.4), "GSP" MMC (2.89), "Eurosel" MMC (2.27), "Az-Evro Tel MMC (2.07) olub.
Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq "Azqtel" MMC (21 gün), "Az-Evro Tel (16 gün), "Uninet" (14 gün), "Aztelekom" MMC (13), "Rahat Telekom" (10 gün) qərarlaşıb.