AzVision.az xəbər verir ki, Amerikanın “NBC” telekanalının jurnalisti Kir Hardi Brennan-Simmons Rusiyanın Ukraynada məqsədlərini çatmadığını, Moskvada generalın qətli daxil olmaqla, çoxlu rusiyalının öldüyünü xatırladıb. O, həmçinin Moskvanın dəstəklədiyi Əsəd rejiminin devrildiyini diqqətə çatdıraraq, Trampla görüşəcəyi təqdirdə artıq zəif lider olacaq Putinin ona nə təklif edəcəyi ilə maraqlanıb.
“Siz və ABŞ-də maaşınızı verənlər çox istərdiniz ki, Rusiya zəifləmiş vəziyyətdə olsun. Hesab edirəm ki, Rusiya son iki-üç ildə xeyli güclənib. Biz çox müstəqil olmuşuq, müdafiə qabiliyyətimizi, silahlı qüvvələrimizin döyüş hazırlığını gücləndiririk, bu, hazırda dünyada ən yüksək səviyyədədir”, - Vladimir Putin vurğulayıb.
Putin Donald Trampla 4 ildən artıqdır danışmadığını, lakin Amerika lideri ilə danışmağa hazır olduğunu da diqqətə çatdırıb. Bununla yanaşı, o, Suriyada terroçuların hakimiyyətə gəlmədiyini deyib.
- Biz Suriyada siyasi qüvvələrlə münasibətlərimizi saxlayırıq, onlar bizim hərbi bazalarımızın qalmasında maraqlıdırlar, lakin biz bu haqda düşünürük”,- Rusiya prezidenti bildirib.
Onun sözlərinə görə, Moskva Hmeymimdəki və Tartusdakı bazalardan humanitar ehtiyaclar üçün istifadə etmək təklifini verib.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта