Əhalisi ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən D8 İslam həmrəyliyində mühüm rol oynayır.
"Cebheinfo.az" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Qahirədə D-8 11-ci Zirvə görüşündə deyib.
Baş nazir bildirib ki, dünyada İslamofobiya, ekstremizm və radikalizmin artdığı dövrdə, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində təşkilatımızda səylərin birləşdirilməsi vacibdir: “Azərbaycan tarix boyu Şərq ilə Qərb arasında körpü rolunu oynayıb və İslam dünyasının mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olub. Ölkəmiz multikulturalizm, tolerantlıq mühitinin formalaşmasına, mədəniyyətlərarası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib”.
"Cebheinfo.az"