RU

İraq Əsədin əsgərlərini Suriyaya qaytarır

İraq devrilmiş prezident Başar Əsədin tərəfdarı olan və müxalifətlə döyüşlər zamanı Suriyaya gedən hərbçilərini vətənlərinə qaytarmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“İraq hökuməti bu əməliyyatı Suriyada müvafiq qurumlarla əlaqələndirərək həyata keçirir. Vətənə məcburi qaytarılması nəzərdə tutulan hərbçilərin dəqiq sayı isə açıqlanmır”, - məlumatda belə deyilir.


Müəllif: Qənirə Süleymanova
Избранный
7
teleqraf.com

1Источники