RU

“Kapital Bank”ın xalis mənfəəti 240 milyon manat olacaq

Bu ilin on ayında “Kapital Bank”ın kredit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 faiz artaraq 5,4 milyard manat təşkil edib.

Bu barədə “Kapital Bank”ın İdarə Heyətinin üzvü, baş risk inzibatçısı Cavid Mirzəyev bu ilin on bir ayı və gələn ilin planlarına dair keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, ilin sonuna kredit portfelinin 5,6 milyard manat civarında olacağı planlaşdırılır: “Eyni zamanda, hesabat dövründə xalis mənfəət 206 milyon manat təşkil edib ki, ilin sonuna bu rəqəmin 240 milyon manat olacağı nəzərdə tutulur. Bankın öhdəlikləri on ayda 7,2 milyard manat təşkil edib ki, bunun da 32 faizi müddətli depozitlərdən ibarət olub”.

Избранный
10
azpost.info

1Источники