RU

Sürücülər üçün keçiriləcək növbəti imtahanın vaxtı açıqlandı

Bakı. Trend:

24 yanvar 2025-ci il tarixində xüsusi hazırlıq keçmiş taksiminik avtomobili sürücüləri və beynəlxalq yük daşımalarını həyatakeçirən sürücülərin xüsusi hazırlığının nəticələrininqiymətləndirilməsi məqsədilə imtahan təşkil olunacaq.

Trend xəbərverir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, imtahanda iştirak etmək istəyən hazırlıq keçmişşəxslər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/)“Şəxsi kabinet” yaratmalı (kabineti olmayanlar) və müvafiq olaraqaşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:

1. Taksi minik avtomobillərinin sürücülərinin etik davranış vəavtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativhüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrətest imtahanında iştirakı üçün qeydiyyat 19 dekabr 2024-cü il - 9yanvar 2025-ci il (saat 11:00-dək) tarixlərində aparılacaq.

https://exidmet.dim.gov.az/elimt/SurucuTest

2. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərinhazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə testimtahanında iştirakı üçün qeydiyyat 19 dekabr 2024-cü il - 9 yanvar2025-ci il (saat 11:00-dək) tarixlərində aparılacaq.

https://exidmet.dim.gov.az/elimt/BeyYukSurucuTest

“Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavəolunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidlərəyerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet”yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştiraketmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdankeçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geriqaytarılmır.

Test imtahanları Dövlət İmtahan Mərkəzinin elektron imtahanlarkorpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50.TÜRKPA-nın yanı, o cümlədən taksi sürücüləri üçün DİM-in GəncəRegional bölməsində) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər“İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdansonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri vənəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.

İmtahanların davametmə müddəti 1 saatdır. İmtahan zamanı taksiminik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatəedən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 testtapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərəisə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək.Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhvcavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və dahaçox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çoxbal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərimtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiqşəhadətnamələr təqdim ediləcəkdir.

Избранный
2
14
az.trend.az

10Источники