RU

Azərbaycan Mərkəzi Bankı 6 sığorta şirkətinə göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) "Azsığorta", "Atəşgah Sığorta", "İpək Yolu Sığorta", "Xalq Həyat Sığorta", "Aqrar Sığorta" və "AzRe Təkrarsığorta" ASC-lərə icrası məcburi göstəriş verib.

"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun həyata keçirdiyi araşdırmalar və sığorta bazarının ümumi monitorinqi zamanı “Sığorta fəaliyyəti haqqında” qanunda müəyyən edilmiş sığortaçılarda korporativ idarəetmə ilə bağlı tələblərinin təmin edilməsi məqsədilə qanunun 102.2.8-1-ci maddəsinə əsasən sığortaçılara icrası məcburi göstəriş verilib.

Избранный
3
22
ikisahil.az

10Источники