Ukraynada müharibənin nə qədər davam edəcəyini təxmin etmək olmaz.
Sitat.info xəbər verir ki, Putin bunu ilin yekunlarına həsr olunmuş konfransda deyib.
“Döyüş əməliyyatları mürəkkəbdir, ona görə də qabaqcadan düşünmək çətin və faydasızdır. Biz xüsusi hərbi əməliyyatın əvvəlində qeyd etdiyimiz əsas vəzifələrin həllinə doğru gedirik. Vəziyyət kəskin şəkildə dəyişir, siz bunu yaxşı bilirsiniz. Mən bunu təsdiqləmək istəyirəm. Hərəkət bütün cəbhə xətti boyunca hər gün davam edir. Artıq dediyim kimi, 100, 200, 300 metr irəliləməkdən danışmırıq. Döyüşçülərimiz kvadrat kilometrlərlə əraziləri geri qaytarır”, - o bildirib.