Almaniyanın “Bayern Münhen” klubndan yrıldıqdan sonra bir müddət klubsuz qalan Erik Çupo-Motinq karyerasını ABŞ-da davam etdirəcək.
Msport.az xəbər verir ki, o, MLS-də futbol oynayacaq.
Belə ki, 35 yaşlı hücumçu “Nyu-York Red Bulz” ilə anlaşıb. Bu barədə ABŞ klubunun rəsmi saytında məlumat yayılıb. Kamerunlu forvard yeni klubu ilə 2 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, Çupo-Motinq 2024-cü ilin yayında Münhen təmsilçisindən ayrılıb.