RU

İctimai Şuranın üzvləri BMU-da - FOTO

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Bakı Mühəndislik Universitetində (BMU) olublar. Öncə universitetin binasında Ümummilli Lider Heydər Əliyevin büstünün qarşısına gül dəstələri qoyulub, Ulu Öndərin unudulmaz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Modern.az xəbər verir ki, şura üzvləri ilə keçirilən görüşdə rektor Yaqub Piriyev qonaqları BMU-da görməkdən məmnunluğunu bildirib və ali məktəbin yaranması, strukturu, inkişafı üçün atılan addımlarla bağlı ətraflı məlumat verib.

Rektor son illərdə aparılan islahatların müsbət nəticələrinə toxunaraq universitetin builki tələbə qəbul planındakı artımı, açılan yeni ixtisaslar üzrə yerlərin tam dolmasını, BMU-nu seçən yüksəkballı abituriyentlərin və əcnəbi tələbələrin sayındakı müsbət dinamikanı diqqətə çatdırıb.

Universitetin beynəlxalq əlaqələrindən də bəhs edən Yaqub Piriyev ötən ay açıqlanan “QS dayanıqlılıq reytinqi 2025”də BMU-nun ilk dəfə yer aldığını, bununla yanaşı, Avropanın ən yaxşı ali təhsil ocaqlarının reytinqində 60 pillə irəliləyərək 491-ci mövqeyə yüksəldiyini deyib.

Görüşdə çıxış edən İctimai Şuranın sədri Hikmət Əlizadə BMU-da tədris və təcrübənin bir arada olmasını, tələbələrin müasir bacarıqlarının inkişaf etdirilməsi üçün yaradılan şəraiti, müasir laboratoriyaların mövcudluğunu yüksək qiymətləndirib. Hikmət Əlizadə universitetdə son zamanlarda görülən işlərin ictimai rəydə müsbət qarşılandığını deyərək BMU-da tədrisin keyfiyyətinin daha da yaxşılaşmasını, tələbəyönümlü layihələrə diqqətin artırılmasını, ali məktəbin beynəlxalq reytinqlərdə mövqelərinin möhkəmlənməsini böyük nailiyyət adlandırıb.

Sonra İctimai Şura üzvləri ilə ali təhsilin bugünkü hədəfləri, yeni çağırışlara cavab verməsi və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb. Eyni zamanda, Şura üzvlərinin bir sıra məqamlarla bağlı suallarına aydınlıq gətirilib.

Müzakirələrin ardınca İctimai Şura üzvləri universitetin Kibertəhlükəsizlik, həmçinin digər laboratoriyalarına, o cümlədən Texnoparkına baş çəkib, burada yaradılan şərait və tələbələrin startapları ilə yaxından tanış olublar.

Избранный
5
2
modern.az

4Источники