RU

Bu il ov mövsümü niyə açılmayıb? - RƏSMİ

Hər il vəhşi heyvan növləri və quşların monitorinqi aparılır. Bu monitorinqin nəticələrinə əsasən, ov obyektlərinin norma sayı müəyyən edilir.

“Operativ Media” xəbər verir ki, bu sözləri Biyoloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva

“Daha sonra isə ov mövsümü açıq elan olunur. Hər il olduğu kimi, ötən il də həm vəhşi heyvanların, həm də quşların siyahısı tərtib edilmişdir.

Təəssüf ki, ötən ilin sayğı nəticələri ürəkaçan olmamışdır. Həm quşların, həm də müəyyən heyvan növlərinin sayında azalmalar qeydə alınmışdır. Bu məsələ ov mövsümü açılmadan əvvəl hər zaman müzakirə olunur. Elmlər Akademiyasının Zoologiya İnstitutu bu barədə rəy bildirir. Daha sonra ov mövsümünün açılması haqqında qərar qəbul edilir.

Bu il ov mövsümünün açılmamasına səbəb məhz ötən ilin sayğı nəticələri olmuşdur. Hazırda bu sahədə alimlər və tədqiqatçılar tərəfindən monitorinqlər aparılır”.

 

 

 

 

Избранный
5
operativmedia.az

1Источники