RU

Yeni illə bağlı ƏHALİYƏ VACİB XƏBƏRDARLIQ!

Yeni il bayramı bütün dünyada olduğu kimi ölkəmizdə də xüsusi təmtəraqla keçirilir. Böyükdən-kiçiyə hər kəsin sevimlisi olan bu bayramı hamı müxtəlif şəkildə qeyd edir. Kimi verilən tətildən istifadə edərək, istirahət zonalarına üz tutur, kimi şəhərdə, yaxud öz qaldığı ərazidə olan məkanlarda bu bayramı qeyd edir. Kimisi də öz evində biş-düş edərək qonaqlarını qarşılayır. Bütün bunların hər biri zövqə və istəyə görə dəyişir. Lakin dəyişməyən tək bir nüans var. O da təhlükəsizliklə bağlı olan məqamlardır.

Öncə də qeyd etdiyimiz kimi, ölkəmizdə sözügedən bayram xüsusi təmtəraqla qeyd olunur. Şam ağacları, evlər, küçələr, ictimai məkanlar müxtəlif bəzək əşyaları və işıq saçan cihazlarla bəzədilir. Belə olan halda ilk ağla gələn şey də məhz təhlükəsizlik tədbirləridir.

Yenisabah.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev mövzu ilə bağlı oxucularımıza bir sıra tövsiyələr verib:

“Yeni il tədbirlərinin keçirildiyi məkanlar, ictimai iaşə müəssisələri, tədbir zalları, insanlar daha çox cəmləndiyi məkanlar və fərdi yaşayış evlərində təhlükəsizlik məsələsinə ciddi yanaşmaq lazımdır. Nəzərə almaq lazımdır ki, əgər insanlar bir yerə toplaşıbsa və orada şəxsin həm özünün, həm də digərlərinin həyatı üçün risk daşıya amillər varsa, əlbəttə bütün bunların hər birini nəzərə almaqla təhlükəsizlik tədbirləri görülməlidir ki, kimlərsə zərər çəkməsin. Xüsusən, tez alışan materiallardan bəzək əşyalarının düzəldilməsi, üzərinə hansısa işıq cihazlarının quraşdırılması, daha sonra onların nəzarətsiz qalması yanğına səbəb ola biləcək amillər sırasındadır”.

Ekspert onu da vurğulayıb ki, bayramdakı təhlükəsizliklə bağlı məsələlərə son dərəcə həssaslıqla yanaşmaqda fayda var:

“Bayramda təhlükəsizlik məqsədilə bir sıra məqamlara həssas yanaşmalıyıq. İlk olaraq, yeni il ağacını bəzəyərkən möhkəm və dayanıqlı olmağına diqqət etmək lazımdır ki, aşmasın. Digər bir məsələ həm evdə, həm də tədbir zallarında yeni il ağacındakı parça, kətan və başqa yanma qabiliyyəti olan materialdan olan bəzək əşyalarının istiliklə, işıqlandırıcı cihazlarla təmasının yanğına səbəb olmasıdır ki, həmin mövzuya da diqqət etmək vacibdir. İşıq cihazları alarkən, mütləq sertifikasiyası olan cihazların alınmasına diqqət yetirilməlidir. Əgər işıq cihazında nasazlıq varsa, ondan istifadə etməmək daha məqsədəuyğundur. Daha bir önəmli nüans insanların cəmləşdiyi yerlərdə protexniki vasitələrdən istifadə etməməkdir. Bu həm qanunla qadağandır, həm də həyati risk daşıyır. Bəziləri onu alıb evdə saxlayır. Bu lap təhlükəlidir. Çünki həmin vasitələr işıq şüalarının təsiri ilə öz-özünə alışmaya və yanğına gətirib çıxara bilər. Valideynlər də belə məsələlərə həssas yanaşmalı, övladlarına həmin vasitələrdən istifadəni tövsiyə etməməlidirlər.

Bunlarla yanaşı, evi tərk edən zaman işıq cihazlarını elektrik şəbəkəsindən ayırmaq da çox ciddi bir məqamdır. Bu əgər unudularsa, bədbəxt hadisələrin ortaya çıxmasına səbəb ola bilər”.

Избранный
28
8
musavat.com

6Источники