İsmayıllıda sanitar qovşaqdan meyit tapılıb.
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, hadisə İvanovka kəndində baş verib.
20 yaşlı Minnikov Vitaliy Yuryeviçin meyiti yaşayış evinin həyətində evdən ayrı tikilmiş sanitar qovşaqda atası tərəfindən tapılıb. Mərhumun nədən öldüyü isə hələlik məlum deyil.
Araşdırma aparılır.