RU

Elşad Əsgərov: ”Ovçuluq yalnız ovçuluq təsərrüfatlarında təşkil edilməlidir".

ada gəldi həyata ke"Fərdi ov təsərrüfatlarının yaradılması məncə düzgün bir konsepsiyadır. Çünki ovçuluğun harçirilməsinin qarşısını almaq məqsədilə ovçuluğun yalnız xüsusi təsərrüfatlarda aparılması daha yaxşı olar".

“Operativ Media” xəbər verir ki, bunu Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib.

O bildirib ki, Milli parklarda nəsli artırılmış heyvanların park ərazisindən kənarda ovlanması düzgün deyil: ”Ovçuluq yalnız ovçuluq təsərrüfatlarında təşkil edilməlidir. Bu zaman heyvanları icazə əsasında ovlamaq daha məqsədəuyğundur. Çünki dövlət resurslarından istifadə edilərək heyvanat aləminin nəsli artırılır və sonra ov mövsümündə ovçular dəvət olunaraq həmin heyvanlar ovlanır.

Məsələn, Zaqatala Dövlət Qoruğunda dağ keçiləri ilə bağlı müəyyən tədbirlər həyata keçirilmişdir. Bir zamanlar Şərqi Qafqaz turları ov obyekti idi, lakin pandemiya dövründə ovçuluq bir müddət dayandırılmışdı. Hazırda Zaqatala Dövlət Qoruğunda artırılmış dağ keçiləri qoruq ərazisindən çıxdıqdan sonra ovlanır. Ancaq mən bu yanaşmanın tərəfdarı deyiləm. Ov turizmini bu şəkildə inkişaf etdirmək mümkün deyil. Yalnız fərdi ovçuluq təsərrüfatlarının yaradılması və bu təsərrüfatlar vasitəsilə ovçuluğun inkişaf etdirilməsi daha məqsədəuyğundur. Dövlət də bu istiqamətdə müəyyən işlər görür”.

Избранный
7
operativmedia.az

1Источники