Nazirlik zəhərlənmə hadisəsinin ciddi nəzarətdə olduğunu bildirir
“Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə Elm və Təhsil Nazirliyi və tabe qurumlarının ciddi nəzarətindədir”. Yeniavaz.comxəbər verir ki, bu barədə Nazirliyin yaydığı məlumatda deyilir. Bildirilib ki, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi xəstəxanada müalicəsi davam etdirilən şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb: “Hadisə nəticəsində zərər çəkmiş şəxslərin hər birinin səhhəti diqqət mərkəzində saxlanılır. Qeyd edək ki, hadisənin baş vermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.