RU

Suriyada itən jurnalistin anası Putinə MÜRACİƏT ETDİ

Suriyada yoxa çıxan amerikalı jurnalist Ostin Taysın anası Debra Tays oğlunun tapılması üçün Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Yenicag.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Məqalədə bildirilib ki, Debra Tays Putinə ünvanladığı məktubunda oğlunun axtarışında Rusiyanın yardımını xahiş edib. Jurnalist Ostin Taysın on ildən çox əvvəl Suriyada yoxa çıxdığı qeyd olunur. Anası hesab edir ki, Rusiya ilə Suriya arasındakı sıx münasibətlər axtarış prosesinə müsbət təsir göstərə bilər.

Debra Tays bundan əvvəl də İsrailin Baş naziri Binyamin Netanyahuya müraciət edərək Ostinin Dəməşq yaxınlığındakı həbsxanada saxlanıldığına dair ehtimalını bölüşüb və ərazidə xilasedicilərin araşdırma apara bilməsi üçün İsrailin hava hücumlarının dayandırılmasını xahiş edib. Eyni zamanda, ABŞ Prezidenti Co Bayden də Suriya hakimiyyətini Ostinin qaytarılmasında əməkdaşlığa çağırıb.

Xatırladaq ki, Ostin Taysın axtarışları 2012-ci ildən Suriyada yoxa çıxdığı vaxtdan bəri davam edir. Həmin il naməlum şəxslər onun gözləri bağlı halda göstərildiyi bir videonu yayımlayıblar. 2018-ci ildə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) jurnalistin yeri barədə məlumat verəcək şəxslərə 1 milyon dollar mükafat vəd etmişdi.

Избранный
9
yenicag.az

1Источники