RU

Abşeron rayonunda vətəndaşların müraicətləri dinlənilib

Bakı, 19 dekabr, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, dekabrın 19-da keçirilən qəbul zamanı Abşeron və Zəngilan rayon sakinlərinin müraciətləri dinlənilib.

Komitədən AZƏRTAC-a bildirilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri düzülüb, dahi rəhbərin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaş müraciətləri sırasında övladlığa götürmə, uşaqla ünsiyyət, boşanmadan sonra yaranan hüquqi problemlərin həlli və digər məsələlər yer alıb.

Qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.

 

Избранный
9
1
azertag.az

2Источники