Bakı, 19 dekabr, AZƏRTAC
Bu ilin noyabr ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 155,8 min nəfər olub.
Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.
Onların 32,57 faizini kişilər, 67,43 faizini isə qadınlar təşkil edib.