Bu ilin yanvar-noyabr aylarında ölkədən 37,48 milyon ABŞ dolları dəyərində 49,3 min tondan çox şəkər ixrac edilib.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu, 2023-cü ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində təqribən 65,4 faiz və ya 14,8 milyon dollar, həcm baxımından isə 62,3 faiz və ya 18,9 min ton çoxdur.
Qeyd edək ki, 2024-cü ilin ilk 11 ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,15 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,21 faizə bərabər olub.