RU

Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - ÖZƏL

Əvvəllər Azərbaycanın Livan və Misirdəki səfirliklərində işləmiş keçmiş diplomat Ramiz Vəliyevin həbs edildiyinə dair xəbərlər yayılıb. Buna səbəb kimi onun dövlətə qarşı təxribat xarakterli kampaniyada iştirak etməsi olub.

Ramiz Vəliyevin sabiq xarici işlər naziri Elmar Məmmədyarovun dövründə də diplomat kimi işlədiyini nəzərə alaraq, onun bu hadisəyə münasibətini öyrənməyə çalışdıq. 

Elmar Məmmədyarov Modern.az-a açıqlamasında Ramiz Vəliyevi vaxtilə Xarici İşlər Nazirliyi (XİN) sistemindən kənarlaşdırdığını deyib:

“Vaxtilə müvafiq əmrlə onu Xarici İşlər Nazirliyindən mən uzaqlaşdırmışdım. Amma olayı tam xatırlamıram. Onun sonrakı taleyinin necə olduğunu XİN-dən öyrənin. Düzünü deyim ki, onu şəxsən də xatırlamıram. Yalan niyə danışım”.

Избранный
2
modern.az

1Источники