RU

Quba şəhərində konfrans keçirilib - FOTOLAR

18 dekabr 2024-cü il tarixində Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Mediasiya Şurası və Quba 1 saylı MT-nın təşkilatçılığı ilə Quba şəhəri Heydər Əliyev Mərkəzində “Birgə həll, davamlı nəticə” adlı konfrans keçirilib.

QHT.az xəbər verir ki, konfransda Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, mediasiya təşkilatlarının rəhbərləri və regional idarə rəhbərlərinin iştirak edib. Konfransın açılış nitqində Quba 1 saylı mediasiya təşkilatının direktoru Hümmət Əliyev çıxış edərək qonaqları salamlayıb və Quba 1 saylı mediasiya təşkilatı barədə iştirakçılara məlumat verib. Daha sonra çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mediasiya sahəsində illik göstəriciləri diqqətə çatdırıb və keyfiyyətli barışıq sazişlərinin məzmunu haqqında danışıb.

Konfrans ərzində Heydər Əliyev Mərkəzinin rəhbəri Sevinc Səlimova, Vəkil Bürosunun münayəndəsi İbrahim Ağamov, Mediasiya Şurası Etika Komitəsinin sədri Aqil Əsgərov, QİAD Platformasının sədri Cabbar Heybətov, Quba-Xaçmaz Regional Məşğulluq Mərkəzinin direktoru Cəfər Cəfərov, Elit Acconting MMC direktoru Ədalət Tarverdiyev, Sabirabad 1 saylı mediasiya təşkilatının rəhbəri Musa Ramazanov, mediatorlar Əzizağa Qonaqov, Zaur Mirzəbəyov, Qabil Əsgərov və Rövşən İsmayılov çıxış edib və mediasiyanın perspektivləri və əldə olunmuş uğurlar müzakirə edilib.

Sonda Quba 1 saylı mediasiya təşkilatı ilə əməkdaşlıq edən şəxslərə təşəkkürnamələr təqdim edilib və iştirakçıların sualları cavablandırılıb.

Избранный
5
qht.az

1Источники